2024-cü ildə Gürcüstan Azərbaycandan 32,2 milyon ABŞ dolları dəyərində siqaret (tərkibində tütün olan) idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü illə müqayisədə 3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana siqaret tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Ötən il Gürcüstan xarici ölkələrdən 158,6 milyon ABŞ dolları dəyərində siqaret alıb ki, bu da əvvəlki ilin göstəricisindən 0,2 % çoxdur.
O cümlədən, Gürcüstan Litvadan 44,6 milyon ABŞ dolları, Ermənistandan 21,6 milyon ABŞ dolları, Türkiyədən 17,1 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən isə 11,8 milyon ABŞ dolları dəyərində siqaret idxal edib.