“Göygöl Şərab Zavodu” ASC 2022-ci ili 789 min manat zərərlə başa vurub. Halbuki səhmdar cəmiyyəti 2021-ci ildən 208 min manat xalis mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “Göygöl Şərab Zavodu”nun aktivləri 65,457 milyon manat olub ki, bu da illik müqayisədə 12,8 % çoxdur.
Hesabat dövründə şirkətin öhdəlikləri 38,7 % artaraq 19,965 milyon manata, balans kapitalı isə 4,3 % artaraq 45,491 milyon manata çatıb.
Xatırladaq ki, “Göygöl Şərab Zavodu” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,462 milyon manatdır.