"Ekolizinq"ə yaxın şirkətin nizamnamə kapitalı kəskin azaldılır

"Ekosoft" MMC nizamnamə kapitalını 49 000 manat və yaxud 50 dəfə azaldaraq 50 000 manatdan 1 000 manata endirdiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Ekosoft" MMC 2017-ci ildə yaradılıb. Onun təsisçiləri Pərvin Bədirxanov ("Ekolizinq" MMC-nin direktoru) və Elnur Rəsulovdur.

Digər xəbərlər