Dövlət Agentliyi ASK ilə Əməkdaşlıq Memorandumu imzalayıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

"Report" bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sənədi qurumun sədri Elnur Bağırov və ASK-nin prezidenti Məmməd Musayev imzalayıblar.

Memorandumun məqsədi ölkədə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin formalaşdırılması, təsərrüfat subyektlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi, istehlakçı hüquqları barədə məlumatlılığın artırılması, eləcə də birgə tədbirlər vasitəsilə iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Digər xəbərlər