Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal - materialların və bir sıra hazır reabilitasiya vasitələrinin alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Metiz Impeks” MMC və “Ottobock SE & Co,KGaA” şirkətidir.
Qalib şirkətlərə müvafiq olaraq 9,55 milyon manat və 3,69 milyon manat, ümumilikdə isə 13,24 milyon manat ödəniləcək.