Ötən ildə Türkiyədən Azərbaycana 20 milyon 831 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 5,7 % çoxdur.
Həmçinin keçən ilin dekabrında Türkiyədən Azərbaycana 1 milyon 431 min ABŞ dolları dəyərində dəri və dəri məhsulları gətirilib ki, bu da 2022-ci ilin müvafiq dövrünə nisbətən 62,3 % artım deməkdir.