Yevlax Pilot Aqroparkda "Agromod" MMC, "Badamlıq" MMC və "Qulançar" MMC-lərə, eləcə də fərdi sahibkar Müşfik Hümmətliyə rezident statusu verilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
"Rezidentlər 120 hektar sahədə investisiya dəyəri 1,7 milyon manatdan çox olan intensiv meyvə bağları salacaq, 34 nəfəri daimi, 75 nəfəri isə mövsümi işlə təmin edəcək", - deyə o qeyd edib.