Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 395,9 kq qızıl istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur. Bu il iyunun 1-nə 219 kq hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, beş ay ərzində ölkədə 1 364,9 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 18,1% çoxdur. Bu il iyunun 1-nə 590,4 kq hazır məhsul ehtiyatı yaranıb.