Bu ilin yanvar-mart aylarında Azərbaycan 1,939 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,475 milyon ABŞ dolları (43,21 %) çoxdur.
İlk rüb ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə idxalının dəyəri isə 13,214 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,091 milyon ABŞ dolları (0,68 %) azdır.
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,43 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,2 %-ni təşkil edib.