BP-nin idxal əməliyyatlarının ümumi dəyəri artıb

Bu ilin yanvar-sentyabr aylarında "BP-Azerbaijan" şirkəti 170 milyon ABŞ dolları dəyərində 6 250 idxal əməliyyatı həyata keçirib.

"Report" xəbər verir ki, bunu BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövründə bu göstərici 130 milyon ABŞ dolları olub.

"Yəni illər keçdikcə fəaliyyətdə kifayət qədər genişlənmələr, yeni layihələr var və idxal-ixrac əməliyyatları da aktivliyini heç bir şəkildə azaltmayıb", - deyə o qeyd edib.

Digər xəbərlər