Bakıda "Tekstil sektorunun inkişafı və qlobal inteqrasiya" mövzusunda keçirilən seminar çərçivəsində Azərbaycanın toxuculuq sənayesinin inkişafı və təşviqinə yönəlmiş üçtərəfli fəaliyyət planı imzalanıb.
"Report"un məlumatına görə, sənəd İxracın və İnvestisiyanın Təşviqi Agentliyi (AZPROMO), Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası, həmçinin Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF) arasında imzalanıb.
İmzalanma mərasimində ITMF-in baş direktoru Kristian Şindler, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı və Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Fəridə Axundova iştirak ediblər.