Bakı. 1 may. REPORT.AZ/ Mayın 7-də Bakıda Azərbaycan-Polşa İşgüzar görüşü keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) "Report"a verilən məlumata görə, görüş Polşanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində olacaq.
Tədbirə kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 7 Polşa şirkətinin qatılacağı gözlənilir.