Bakı. 30 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ( AZPROMO) Azərbaycan sahibkarlarına müraciət edib.
"Report"un məlumatına görə, müraciətdə bildirilir ki, Rusiyanın “Salyus” şirkətinin əməkdaşlıq təklifləri quruma daxil olub.
Əməkdaşlıqda maraqlı olan yerli iş adamları Fonda müraciət edə bilərlər.