"AzNar"ın səhmdarlarının yığıncağı qeyri-müəyyən müddətə təxirə salınıb

Azərbaycanda xüsusi karantin rejiminin dekabrın 1-i, saat 06:00-a qədər uzadılması ilə əlaqədar olaraq Teymur Əhmədov adına "AzNar" QSC-nin səhmdarlarının noyabrın 6-na nəzərdə tutulmuş növbəti ümumi yığıncağı qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" xəbər verir ki, yığıncaq xüsusi karantin rejimi bitdikdən sonra keçiriləcək.

Əlavə məlumat veriləcək və səhmdarlara bildiriş göndəriləcək.

Digər xəbərlər