İyunun 27-də, saat 11:00-da “Bakı Şərab-1” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Heydər Əliyev prospekti, 104 ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqalnmayıb.
Xatırladaq ki, “Bakı Şərab-1” 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,312 milyon manatdır. Şirkət ölkənin aparıcı şərab istehsalçısıdır.