Azərbaycanın akkreditasiya sisteminin yenidən qurulmasının layihəsi hazırlanır

Bakı. 14 iyul. REPORT.AZ/ "Fransada şərablarımızı 850 avroya analiz edirdilər. Amma Tarif Şurasının qərarına görə bizdə bu 256 manata başa gəlir". "Report" xəbər verir ki, bunu "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin direktoru Fazil Məmmədov deyib.

F.Məmmədovun sözlərinə görə, sahibkarlar analizlərin nəticəsindən tam əmin ola bilərlər:

"Almaniya və İtaliyanın akkreditasiya qurumları hazırda Azərbaycanın akkreditasiya sisteminin yenidən qurulmasının layihəsini işləyib hazırlayırlar".

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov isə bildirib ki, bu vaxta qədər Azərbaycanda beynəlxalq əhəmiyyətli laboratoriyanın akkreditasiyadan keçməməsi ixracatçılara da problemlər yaradıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34