Azərbaycanda subsidiyaların ödənilməsi üçün sərf edilən vəsait açıqlanıb

Azərbaycanda subsidiyaların ödənilməsi üçün 2024-cü ildə 362,5 milyon manat vəsait sərf olunub.

“Report” xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,8 % və ya 10 milyon 133 min manat çoxdur.

Ötən il əkin subsidiyası üzrə ödənilmiş vəsait 2023-cü illə müqayisədə 4,6 % və ya 11 milyon 842 min manat artaraq 268 milyon 846 min manata çatıb.

Pambıq satışına görə verilmiş subsidiyaların həcmi 7,3 % və ya 3 milyon 978 min manat artaraq 57 milyon 752 min manata çatıb.

Hesabat dövründə təkrar əkinlərə görə ödənilmiş subsidiyaların həcmi 6,1 % və ya 335 min manat azalaraq 5 milyon 152 min manata enib.

Belə ki, 2024-cü ildə tütün satışına görə subsidiyaların həcmi 11,9 % və ya 200 min manat azalaraq 1 milyon 468 min manata enib.

Şəkər çuğunduru satışına görə subsidiyaların həcmi 3,8 dəfə və 2 milyon 638 min manat azalaraq 918 min manata enib. 2023-cü ildə şəkər çuğunduru satışına görə subsidiyalara 3 milyon 556 min manat vəsait sərf edilib.

Barama satışına görə subsidiyaların həcmi 32,8 % və ya 674 min manat azalaraq 1 milyon 376 min manata enib.

2024-cü ildə ərzaqlıq buğda satışına görə subsidiyaların həcmi 2023-cü illə müqayisədə 11,4 % və ya 1 milyon 440 min manat azalaraq 11 milyon 096 min manata enib. Sertifikatlı toxum və tinglərin satışına görə subsidiyaların həcmi 2023-cü illə müqayisədə 6,6 % və ya 398 min manat azalaraq 5 milyon 604 min manata enib.

Süni mayalanma yolu ilə alınmış hər buzova ödənilmiş subsidiyaların həcmi dəyişməyərək 10 milyon 300 min manat olub.

Xatırladaq ki, 2023-cü ildə subsidiyaların ödənilməsi üçün 352 milyon 381 min manat vəsait sərf edilib.

Digər xəbərlər