Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 24,9 % artaraq 569,2 milyon manat olub.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,6 %-i hüquqi şəxslərin, 49,4 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 29,6 % artaraq 285,1 milyon manat olub.