Azərbaycanda cıdır-şans oyunlarının təşkili və keçirilməsi qaydası dəyişir

Azərbaycanda cıdır-şans (totalizator) oyunlarını idman mərc oyunlarının opetaroru təşkil edəcək və keçirəcək.

“Report” xəbər verir ki, bu, “Atçılıq haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsində həmçinin cıdır-şans (totalizator) oyunlarının “Bədən tərbiyəsi və idman” haqqında qanunla müəyyən edilmiş qaydada təşkil edilməsi və keçirilməsi öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanunda oyunların hansı qurum tərəfindən, hansı qaydada təşkili və keçirilməsi barədə müddəa yoxdur.

Digər xəbərlər