Azərbaycanda bir ixrac bəyannaməsi üzrə kompensasiyanın yuxarı həddi müəyyənləşib

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi"ni təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 min manatdan yuxarı olmamaqla müəyyən edilib.

Digər xəbərlər