Dekabrın 17-də, saat 15:00-da "Gəncə Şərab-1" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Gəncə şəhəri, Zülfü Hacıyev, ev 56 ünvanında olacaq.
Yığıncağın gündəliyinə cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması, səlahiyyətlərin müəyyən edilməsi, firma adında dəyişiklik edilməsi, nizamnamənin yeni redaksiyada təsdiq edilməsi, getdikcə artan vergi və məcburi dövlət sosial sığorta haqqı borclarının ödənilməsi üçün çıxış yollarının müzakirə olunması, bütün bu məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin müzakirə edilməsi və qərarların qəbul olunması daxildir.
Xatırladaq ki, "Gəncə Şərab-1" 1998-ci ildə dövlə qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 730,5 min manatdır. Bu günə şirkətin vergi borcu 33 554 manatdır.