Bu ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 5 milyard 941 milyon 376 min ABŞ dolları dəyərində 2 milyon 819 min 605 ton məhsul daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 3,5 % və 8,1 % çoxdur.
O cümlədən, altı ayda avtomobil nəqliyyatı ilə 948 milyon 316 min ABŞ dolları (3,5 % çox) dəyərində 1 milyon 84 min 795 ton (8,1 % çox) yük ixrac olunub, 4 milyard 993 milyon 60 min ABŞ dolları (3,5 % çox) dəyərində 1 milyon 734 min 810 ton (8,2 % çox) yük idxal edilib.