Azərbaycanda 2 səhmdar cəmiyyətinin səhm paketi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda "Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Rəqabətli keçən hərracda start qiyməti 7 000 manat olan "KAMAZ 4326" markalı yük avtomobili 19 900 manata, 7 500 manat olan "Iveco" markalı mikroavtobus isə 17 600 manata satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Martın 17-də keçiriləcək növbəti hərraca 44 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.

Digər xəbərlər

BRAVO: 10 İlin Parıltısı 23 aprel, 2026 / 17:00