Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 9,464 milyon ABŞ dolları dəyərində xalça idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 % çoxdur.
Təkcə noyabr ayında isə Türkiyə Azərbaycana 1,283 milyon ABŞ dollarlıq xalça ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,2 % çoxdur.
11 ayda Türkiyənin ümumi xalça ixracının dəyəri illik müqayisədə 0,2 % artaraq 2,498 milyard ABŞ dollarına, noyabr ayında isə 4,2 % artaraq 0,267 milyard ABŞ dollarına çatıb.