Ötən ildə Türkiyədən Azərbaycana 10 milyon 559 min ABŞ dolları dəyərində xalça ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 15,5 % çoxdur.
Həmçinin keçən ilin dekabrında Türkiyədən Azərbaycana 1 milyon 94 min ABŞ dolları dəyərində xalça gətirilib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 6,7 % azdır.