Azərbaycan Türkiyədən xalça idxalını artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 7 milyon 184 min ABŞ dolları dəyərində xalça idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 3,5 % çoxdur.

Həmçinin cari ilin sentyabrında Türkiyədən ölkəmizə 1 milyon 784 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 70,8 % artım deməkdir.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51