Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 18,781 milyon ABŞ dolları dəyərində tütün məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 640 min ABŞ dolları dəyərində tütün məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 89,2 % azdır.
Hesabat dövründə Türkiyənin tütün məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,1 % artaraq 811 milyon ABŞ dollarına, oktyabrda isə 21 % artaraq 91 milyon ABŞ dollarına çatıb.