Bu ilin ilk iki ayında Azərbaycana xaricdən 758 min ABŞ dolları dəyərində 379,2 ton şabalıd (qabıqlı və qabığı təmizlənmiş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30,5 %, kəmiyyət olaraq – 34 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 572 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 58,4 % çoxdur) 286 ton (+60 %), Gürcüstandan 142,8 min ABŞ dolları dəyərində (-27 %) 71,66 ton (-28 %) və Türkiyədən 43 min ABŞ dolları dəyərində (+72 %) 21,5 ton (+6,3 dəfə) məhsul alıb.
2023-cü ildə Azərbaycana 3 ölkədən (Çin, Gürcüstan və Türkiyə) idxal edilmiş 1 min ton şabalıdın 59 %-i Çinin payına düşüb.