Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 10,374 milyon ABŞ dolları dəyərində qiymətli daş idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 % çoxdur.
Təkcə oktyabr ayında isə Türkiyə Azərbaycana 2,2 milyon ABŞ dolları dəyərində qiymətli daş ixrac edib ki, bu da, illik müqayisədə 61,9 % artım deməkdir.
10 ayda Türkiyənin ümumi qiymətli daş ixracının dəyəri illik müqayisədə 21 % artaraq 5,6 milyard ABŞ dolları, oktyabrda isə 85 % artaraq 989,707 milyon ABŞ dolları təşkil edib.