Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 15 % azaldıb

Ötən ildə Türkiyədən Azərbaycana 114 milyon 219 min ABŞ dolları dəyərində polad ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 15,1 % azdır.

Həmçinin keçən ilin dekabrında Türkiyədən Azərbaycana 8 milyon 528 min ABŞ dolları dəyərində polad gətirilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,3 % azalma deməkdir.

Digər xəbərlər