Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 62,1 milyon ABŞ dolları dəyərində polad idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 % azdır.
Təkcə avqustda isə Türkiyə Azərbaycana 9,6 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 7,8 % çoxdur.
Türkiyənin 8 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 11,3 % artaraq 10 milyard 754 milyon ABŞ dollarına, avqustda isə 5,5 % artaraq 1 milyard 412 milyon ABŞ dollarına çatıb.