Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 39,27 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,1 % azdır.
Təkcə avqustda isə Türkiyə Azərbaycana 5,499 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6 % azdır.
8 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,9 % azalaraq 12,028 milyard ABŞ dollarına enib, avqustda isə 0,2 % artaraq 1,672 milyard ABŞ dollarına çatıb.