Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci təqribən 18 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 72,772 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,6 % çoxdur.

Təkcə noyabrda Türkiyə Azərbaycana 8,92 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,3 % çoxdur.

11 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,6 % azalaraq 17,805 milyard ABŞ dollarına, noyabrda isə 12,2 % azalaraq 1,432 milyard ABŞ dollarına düşüb.

Digər xəbərlər