Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 4,7 milyon ABŞ dollar dəyərində geyim məhsulları idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 45,4 % azdır. Türkiyənin Azərbaycana geyim məhsulları ixracı ümumi ixracının 3,2 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi geyim məhsulları ixracının dəyəri illik müqayisədə 12,4 % azalaraq 1,422 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox geyim məhsulları idxalını Almaniya (246 milyon ABŞ dolları; illik müqayisədə 18,9 % az), Hollandiya (166 milyon ABŞ dolları; illik müqayisədə 16,7 % çox), İspaniya (139,4 milyon ABŞ dollar; 20,4 % az) və Böyük Britaniya (113,6 milyon ABŞ dolları; 9,2 % az) həyata keçirib.