Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 57,221 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 6,022 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,2 % azdır.
11 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,4 % azalaraq 16,662 milyard ABŞ dollarına düşüb, noyabrda isə 4,3 % artaraq 1,49 milyard ABŞ dollarına çatıb.