Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 51,199 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 5,558 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,1 % azdır.
10 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 7,3 % azalaraq 15,178 milyard ABŞ dollarına düşüb, oktyabrda isə 5,5 % artaraq 1,576 milyard ABŞ dollarına çatıb.