Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 44 min ABŞ dolları dəyərində fındıq və məhsulları ixrac edilib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbət 16,3 % azdır.
Həmçinin cari ilin may ayında Türkiyədən ölkəmizə 11 min ABŞ dolları dəyərində fındıq və məhsulları gətirilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfəyə yaxın çoxdur.