Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 141,379 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,1 % azdır.
Təkcə avqust ayında Türkiyə Azərbaycana 22,635 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,8 % çoxdur.
8 ayda Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 1,4 % artaraq 10,730 milyard ABŞ dollarına, avqust ayında isə 5,9 % artaraq 1,480 milyard ABŞ dollarına çatıb.