Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 76,699 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 % çoxdur.
Təkcə martda isə Türkiyə Azərbaycana 24,522 milyon ABŞ dolları dəyərində elektronika məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 59,1 % çoxdur.
I rübdə Türkiyənin elektronika məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,7 % artaraq 4 milyard ABŞ dollarına, mart ayında isə 11,2 % artaraq 1,518 milyard ABŞ dollarına çatıb.