Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 191,497 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 22,964 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,9 % çoxdur.
Bu ilin 9 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 9,5 % artaraq 11,992 milyard ABŞ dollarına, sentyabrda isə 5,1 % artaraq 1,403 milyard ABŞ dollarına çatıb.