Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 205,724 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % azdır.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 16,544 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 30,8 % çoxdur.
11 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 3 % artaraq 15,206 milyard ABŞ dollarına, noyabr ayında isə 5,2 % artaraq 1,455 milyard ABŞ dollarına çatıb.