Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 10,949 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,6 % azdır.
Təkcə avqust ayında Türkiyə Azərbaycana 1,485 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,8 % çoxdur.
8 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 21,8 % azalaraq 1 milyard 036,352 milyon ABŞ dollarına, avqust ayında isə 11,4 % azalaraq 148,508 milyon ABŞ dollarına enib.