Azərbaycan şirkəti ABŞ-a şərab ixrac etməyə hazırlaşır

Şamaxı rayonunun Meysəri kəndində fəaliyyət göstərən "Şirvan şərabları" MMC məhsullarını Almaniya, Rusiya və ABŞ-a ixrac etmək üçün danışıqlar aparır.

"Report" xəbər verir ki, bunu şirkətin tur meneceri Nicat Məhərrəmov bildirib.

"Hazırda 6 növ şərab istehsal edirik. Bunlar qırmızı "Məxməri", "Mərcan" və "İnnabı", ağ "Sədəf" və "Billuri, çəhrayı "Sənəm" şərablarıdır. Polşa, Yaponiya və Çinə ixrac həyata keçiririk. Almaniya və Rusiya danışıqlarımız son mərhələdədir. Tezliklə ora da ixrac reallaşdıracağıq. Bu yaxınlarda isə ABŞ-la danışıqlara başlamışıq", - deyə o, qeyd edib.

Digər xəbərlər