Bu ilin yanvar ayında Azərbaycan 3,94 milyon ABŞ dolları dəyərində 195 min 942 ədəd akkumulyator idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 % çoxdur, kəmiyyət olaraq – 39 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 1,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 131 min 853 ədəd (-51 %), Türkiyədən 972 min ABŞ dolları dəyərində (+35 %) 21 min 166 ədəd (+29 %), Qazaxıstandan 601 min ABŞ dolları dəyərində (-18 %) 17 min 298 ədəd (-17 %), Rusiyadan 438 min ABŞ dolları dəyərində (+8 dəfə) 10 min ədəd (+18 dəfə), Ukraynadan 340 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 8 min 349 ədəd (+4 dəfə) məhsul alıb.
2023-cü ildə Azərbaycana idxal edilmiş 2,513 milyon ədəd akkumulyatorun 77,32 %-i Çinin payına düşüb.