2022-ci ildə Azərbaycan Rusiyanın Stavropol diyarından 219,4 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bölgədən Azərbaycana əsasən aqrar-sənaye kompleksi - yeyinti və emal sənayesi məhsulları ixrac edilib.
Bu arada Stavropol sahibkarlarının Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov ilə onlayn görüşü keçirilib. Görüşdə regionun iş adamlarının məhsullarını Azərbaycan bazarına çıxarması imkanları müzakirə edilib.