Ötən il Azərbaycan 1,03 milyon ABŞ dolları dəyərində 998 min ədəd kirəmit (damüstü materiallar) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 19 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 864 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % azdır) 906 min ədəd (-25 %), Macarıstandan 61 min ABŞ dolları dəyərində 17,7 min ədəd, İspaniyadan 44,4 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 23,7 min ədəd (+4 dəfə), Almaniyadan 38,3 min ABŞ dolları dəyərində 12,8 min ədəd (1 il 11 aydan sonra alış bərpa edilib), İrandan 14,6 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 36,5 min ədəd (+2,4 dəfə) kirəmit alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan tədarük həyata keçirilib.