Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 21,28 milyon ABŞ dolları dəyərində 1 min 368 ədəd yük avtomobili gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 % azdır, kəmiyyət olaraq – 35,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan Almaniyadan 8,33 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % çoxdur) 997 ədəd (+58 %), Çindən 4,271 milyon ABŞ dolları dəyərində (-45 %) 86 ədəd (-41 %), İtaliyadan 2,183 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 43 ədəd (+48,3 %), Belçikadan 1,222 milyon ABŞ dolları dəyərində 28 ədəd (bir il əvvəl tədarük olmayıb), İsveçdən 1,211 milyon ABŞ dolları dəyərində (+20 dəfə) 28 ədəd (+14 dəfə) yük avtomobili alıb.
2022-ci ildə Azərbaycana (19 ölkədən) idxal edilən 5 min 127 ədəd yük avtomobilin 66,4 %-i Almaniyanın payına düşüb.