Ötən ilin ilk 10 ayında Azərbaycandan 11,6 milyon ABŞ dolları dəyərində 141 min ton gil (bentonit) ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,6 % çoxdur, kəmiyyət olaraq – 1 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 9,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 123 min 697 ton (+1 %), Yaponiyaya 1,6 milyon ABŞ dolları dəyərində (+40 %) 5 min 952 ton (+33 %), Belarusa 609 min ABŞ dolları dəyərində (-28 %) 3 min 416 ton (-28 %), Polşaya 299,5 min ABŞ dolları dəyərində (-47 %) 6 min 438 ton (-19 %), Almaniyaya 68,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 1 min 511 ton (+3 dəfə) məhsul satıb.
Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Gürcüstana (1,71 min ABŞ dolları dəyərində 18 ton) gil tədarükünü bərpa edib.