Bu ilin ilk iki ayı ərzində Azərbaycana xarici ölkələrdən 9,32 milyon ABŞ dolları dəyərində 222 ədəd elektromobil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,4 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Çindən 5,26 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 158 ədəd (+18 dəfə), Almaniyadan 2,71 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 30 ədəd (+10 dəfə), Amerika Birləşmiş Ştatlarından 709 min ABŞ dolları dəyərində (+3 dəfə) 16 ədəd (+2 dəfə), Belçikadan 259 min ABŞ dolları dəyərində (-1,9 %) 4 ədəd (dəyişməyib), Koreyadan 126,24 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb) avtomobil gətirilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana xaricdən (14 ölkədən) gətirilən 486 ədəd elektromobilin 61 %-i Çinin payına düşüb.