Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 477,15 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% çoxdur.
10 ay ərzində Azərbaycanın ixrac etdiyi əczaçılıq məhsullarının dəyəri isə 4 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 6,4 dəfə çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 4,6 %-ni, ixrac isə ümumi ixracın 0,02%-ni təşkil edib.